İngilis dilində yazmaq qabiliyyətinin 5 dəqiqəyə inkişafı (How to improve your English writing in 5 minutes

From Antimoon Translation Project

İngilis dilində yazmaq qabiliyyətinin 5 dəqiqəyə inkişafı

Aşağıda Mişelin hekayəsindən bir parça verilib, lakin bu parça məqsədyönlü olaraq səhvlərlə bol olaraq yazılıb.

"Today , I can understand the beatles very clearly.Each time I hear a Beatles song,I am delighted and proud becouse i have mademy childhood dream come true. I listen to many rock bands , all in English,and I listen every day ,sometimes forover seven hours a day.I ma constantly aware ofmy success with english because i cna understand the lyrics ofthe songs i listen to.and taht gives me pleasure and Satisfaction for many hours every day ."

Gəlin indi də hekayənin əsl versiyasını oxuyaq. Bu eyni mətndir, amma bunu oxumaq insana daha xoş gəlir, elə deyilmi?

"Today, I can understand The Beatles very clearly. Each time I hear a Beatles song, I am delighted and proud because I have made my childhood dream come true. I listen to many rock bands, all in English, and I listen every day, sometimes for over seven hours a day. I am constantly aware of my success with English because I can understand the lyrics of the songs I listen to. And that gives me pleasure and satisfaction for many hours every day."

(Mətnin tərcüməsi)

Bu gün mən Beatles`in mahnılarını aydın başa düşürəm. Hər dəfə Beatles`in mahnılarını eşidəndə həzz alıram və qürurlanıram ki, öz uşaqlıq arzumu həyata keçirdim. Mən ingilisdilli bir çox rok qruplarına hər gün qulaq asıram, bəzən hətta gündə 7 saat. Mən dil öyrənməkdə qazandığım uğurdan xəbərdaram, çünki hər dəfə mahnılara qulaq asanda sözlərini başa düşürəm. Və bu mənə gün ərzində bir neçə saat rahatlıq və xoş hisslər bəxş edir.

Yazı zamanı səhlərin əsas 3 növü var:

• boşluqların səhv istifadəsi (qoyulmamış və ya səhv yerdə qoyulmuş boşluq) • hərflərin böyük yazılma əvəzinə kiçik, kiçik yazılma əvəzinə böyük yazılması • Sözlərdə hərflərin sırayla səhf yazılması.

Səhv yazıdan necə can qurtarmalı

• Diqqətli olun. Sözlər arasında boşluqlar qoyun. Hərflətin böyük və ya kiçik yazılmasından düzgün istifadə edin: Cümlənin ilk sözü hər dəfə böyük hərflə yazılmalıdır, xüsusi adlar da həmçinin. (English, The Beatles)

• ”You” və “I”. Yadda saxlayın ki, “I” olduğu kimi yazılır (“i” deyil), “You” sözü də olduğu kimi yazılır. (“u” deyil.)

• Hər dəfə vergül və nöqtədən sonra boşluq buraxın, onlardan əvvəl deyil.

Səhv yazı:

I listen to many rock bands , all in English,and I listen every day,sometimes for over seven hours a day . I am constantly aware of my success with English .

Düzgün yazı:

I listen to many rock bands, all in English, and I listen every day, sometimes for over seven hours a day. I am constantly aware of my success with English.

Yazıyoxlayandan istifadə et: Bu yolla sən asanlıqla səhvlərdən boyun qaçıra bilərsən.

--ГUl-via Zadeh 06:19, 23 December 2010 (UTC)