Yazı və danışıqla öz İngilis dilini korlaya bilərsən(You can damage your English by writing and speaking)

From Antimoon Translation Project

Yazı və danışıqla öz İngilis dilini korlaya bilərsən

Təcrübə necə sənin İngilis dilini korlaya bilər


Əgər sən kiməsə ” Mən ingiliscə necə yaxşı danışmağı öyrənə bilərəm?” sualını versən, çox insan deyəcək :“Çalış, çalış, çalış”; “Nə vaxt bacardın ingiliscə yaz və danış”

Bir çox kurslar da məhz yazı və danışığa yönləndilməklə məşquldurlar. Siz dəftərinizdə çalışma edərkən, müəlliməniz sizi sinifdə danışdıranda, inşa yazmalı olduğunuzda müxtəlif cümlələr qurusunuz. Bütün bu fəaliyyətlər sizin xarici dilinizin inkişafını nəzərdə tutur. Razıyıq ki, bu cür təcrübələr xeyirli ola bilər. İngilis dilini yaxşı öyrənmək lazımdır. Bəs problem nədədir? Problem ondadır ki, bir çox öyrəncilər üçün “danışmaq” və “yazmaq” çoxlu səhv etmək mənasını daşıyır. Bəzi insanlar hər cümlədə səhv edirlər!

Əgər siz heç bir səhv etmirsinizsə, o zaman siz istədiyiniz qədər İngilis dilində danışa və yaza bilərsiniz, bu ancaq kömək edər. Siz yazdığınız və danışdığınız zaman, mütəmadi olaraq səhvlərinizi təkrarlayırsınız və sizin səhv vərdişləriniz daha da güclənir. Belə bir situasiyanı təsəvvür edin: Siz ingiliscə elektron məktub yazırsınız. İngiliscəniz mükəmməl deyil və məktubu da tez yazmaq istəyirsiniz. Yazırsınız(səhv): I want speak English.

Siz hər hansı bir cümləni yazanda, həm də bunu oxuyursunuz. Beləliklə səhv cümlə sizin beyninizə daxil olur. Gələn dəfə siz məktub yazmaq istəyəndə, siz “ I want finish” və ya “I want be happy” yazmağa yönəlmiş olacaqsınız. Qeyri-iradi səhvlər sizin ingiliscə yazı stiliniz olur. Beləliklə, nə qədər çox yazırınızsa, bir o qədər ingiliscəniz korlanır. Bəzi öyrəncilərin səhv vərdişləri o qədər ki, heç bir miqdarda düzəliş onlara kömək etməz.

Bir dəqiqə - Təcrübəsizlik hər şeyi mükəmməl edir?

Hər şeydən əvvəl, siz anlamalısınız ki, danışmaq və yazmaq sizin qrammatikanızı və lüğətinizi təkmilləşdirmir. Bu doğurdan da, sadəlövhlükdür. Siz özünüzdən yeni söz öyrənə bilərsiniz? Əgər siz ingiliscə “Sağ ol” deyə bilmirsinizsə, bunu özünüzdən kəşf edə bilərsiniz?

Əgər siz İngilis dilli cümlələrdə səhvlər edirsinizsə, bu o deməkdir ki, siz ingiliscə düzgün danışmağı bilmirsiniz. Siz düzgün danışmağı öyrənməlisiniz. Siz bunu danışmaq və yazmaqla edə bilməzsiniz. Siz ingiliscə düzgün cümlələr oxumalı və qulaq asmalısınız. Daha sonra danışa və yaza bilərsiniz – siz ingiliscə doğru cümlələr qurmağı bacarandan sonra, danışığınızın sürətini artırmaq istəyəcəksiniz.

Səhvlərdən öyrənmək bəs necə oldu?

Siz ingiliscə danışmaq və yazmaq yoluyla əgər sizin səhvlərinizi düzəldən varsa öyrənə bilərsiniz. Əgər siz səhv cümlə səsləndirirsinizsə, müəlliməniz də o səhvi sizə deyib, düzgün formanı sizə başa salırsa, sizin ingiliscənin təkmilləşə bilər. Buna görə də düşünə bilərsiniz ki, səhvlərlə danışmaq pis şey deyil, çünki sizin səhvlərinizi düzəltmək və yeni nəsə öyrənmək şansınız var. Təəssüf ki, bu metod sizin səhvlərinizi düzəldəcək bir insan tələb edir.

• İngilis dili müəllimləri

o İlk problem ondan ibarətdir ki, sizin ingiliscə müəlliminiz yalnız həftəiçi bir neçə saat əlçatandır. Bu bir neçə saat ərzində o yalnız müəyyən qədər cümləni düzəldə bilər, bəlkə də 100-dən az. Lakin əgər siz İngilis dilini tez öyrənmək istəyirsinizsə, biliklərinizi daha tez qazanmaq istəyəcəksiniz. Beləliklə aydın olur ki, sizin öyrənmə prosesiniz kursdakı dərslər üzərində qurula bilməz. (Bəzi uzunmüddətli kurslar var ki, daha da effektiv olurlar. Lakin onlar ya çox baha, ya da işgüzar insanlar üçün qeyri münasib zamanlarda olurlar.)

o İkinci problem isə odur ki, müəllimlər sizin bütün səhvlərinizi düzəltməyəcək. Onlar ya hər şeyə nəzarət edə bilmirlər, ya da bunun üçün kifayət qədər vaxtları olmur. Qeyd etmək lazımdır ki, bir çox müəllimlər də səriştəsizdirlər. (xüsusilə də, doğma dili ingiliscə olmayanlar) Bəzən onlar hətta düzgün cümlələri də səhv olduğunu bildirər və səhv alternativlər təklif edə bilərlər. • Doğma dil istifadəçiləri (müəllimlər yox): Bu sıraya sizin Amerikalı dostlarınız, avstraliyalı qələm yoldaşlarınız, ingilisdilli forumların doğmadilli istifadəçiləri və ya ingilisdilli ölkədə yaşayırsınızsa ətrafınızdakı insanlar daxildir.Bir qayda olaraq, onlar sizin səhvlərinizi düzəltmirlər. (!) Onlar bütünlüklə sizin danışığınızı başa düşdükləri halda bütün qrammatik, lüğət və tələffüz səhvlərinizi iqnor edəcəklər. Məsələn aşağıdakı məktub əla başa düşülür və onlar üçün səhvsiz hesab edilə bilər.

      I am want make question for knowing how to able speak English proper way. I need of a internet learn book for American word of slang. I will thank your help for life.

o İlk öncə, bütün doğmadilli istifadəçilər sizin səhvlərinizi üzə vurmağı nəzakətsizlik hesab edirlər. Kiməsə səhv etdiyini demək xoşagəlməz sosial situasiya yaradır və bir çoxları da bundan qaçır.

o İkincisi, insanlar tənbəldirlər. Səhvləri düzəltmək və yeni bir seçim təklif etmək çətin işdir, xüsusilə də əgər öyrənci lap çox səhv edirsə. Ən rahatı səhvləri iqnor etmək və danışığa davam etməkdir. Bəzən doğmadilli istifadəçilərdən xahiş etsəniz onlar sizə kömək edə bilərlər (Məsələn antimoon forumunda), lakin bu istisnadır, qayda deyil.

“Səhvlərdən nəticə çıxarmaq” gözəl səslənir, lakin bu asan da deyil, çünki səhv etmək kifayət deyil, sənin bu səhvləri düzəldən birinə ehtiyacın var. Bu cür insanı tapmaq da çətindir. Hətta əgər sənin 24 saat əlçatan müəllimin varsa da, səhvlərlə danışmaq yaxşı vərdiş deyil, çünki düzəldilmiş və ya düzəldilməmiş hər bir səhv sizə pis ingiliscəni öyrədir.


Çıxış yolu: Səhv etməyi dayandırın!

Biz artıq qeyd etdik ki, siz təcrübə edərkən, səhvlərinizi möhkəmləndirirsiniz və digər insanlardan cavab reaksiyası almırsınız. Biz həm də qeyd etdik ki, sizin ingiliscəni öyrənmək üçün çalışmağa ehtiyacınız var. Bu paradoksa sadə bir həll yolu var: Heç vaxt səhv etməyin! Qərar verməmişdən əvvəl bizlərdən dil öyrənməkdə uğur qazanan birinin (Michal Ryszard Wojcnik) təcrübəsi haqqında yazdıqlarını oxuyun:

Bu həqiqətə çox yaxındır ki, mən heç vaxt ingilicə səhv cümlə yazmamışam. Mən bir çox qrammatik qaydaları bilirəm və həmişə də bildiklərimi istifadə etmişəm. Mənim cümlələrim düzgün bildiyim cümlələrlə eyni idilər. Mən yaxşı nümunələri izləyirdim, ona görə də cümlələrim də qənaətbəxş olurdu. Başlanğıcda mən ancaq sadə cümlələr yazmağı bacarırdım, lakin onların hamısı düzgün idi. Lakin biliklərim artdıqca, mən daha da mürəkkəb tərkiblər əlavə edirdim və cümlələrim yenə də hamısı düzgün olurdu. Bu cür yanaşmaya görə, mən heç vaxt pis vərdişlərimi möhkəmləndirmədim. Mənim heç vaxt pis vərdişim olmadı! Başlanğıcdan bəri, mən yalnız doğru cümlələr yazıram. Yazdığım hər doğru cümlə mənim yaxşı vərdişlərimi möhkəmlədirdi.

Siz də səhvsiz danışa və yaza bilərsiniz.

Kömək

“Əgər səhv etməkdən qorxuramsa, heç vaxt ağzımı açmaram”

Ilk əvvəl, səhvli danışığın qaydalarından istifadə edərkən diqqətli olun. əgər siz hələ də çox səhv edirsinizsə (hər üç cümlədə birdən artıq səhv), və ya bu qaydalar sizin motivasiyanızı azaldırsa, siz ağzınızı gərək elə indidən açmayasanız. Əvəzində isə mütaliə və dinləmə yolu ilə İngilis dili bazanızı artırın.Nə qədər tez “öz üsulunuzla” yaxşı ingiliscə danışmayacağınızı anlasanız, o qədər tez də nəticələr əldə edəcəksiniz.

“Amma siz səhvlərsiz heç nə öyrənə bilməzsiniz”

Təbii ki, heç kim mükəmməl deyil və bəzi səhvlər edə bilər. Lakin bizə inanın ki, siz ingiliscəni səhvlərsiz öyrənə bilərsiniz. Necə? Siz beyninizi düzgün cümlələrlə yükləyirsiniz və onları təkrarlayırsınız, yamsılayırsınız. Sadəcə düzgün nümunələri izləmək lazımdır. İnsanlar bəzən deyirlər ki, dilöyrənmə prosesi səhvlərdən qaçılmazdır, çünki dil öyrənmək üzməyi, maşın sürməyi və ya iş aparmağı öyrənmək kimidir. Lakin bu fərqlidir, çünki düzgün bildiyin cümlələri nümunə götürüb yenilərini qurmaq asandır, nəinki hansısa bir üzmə hərəkətini nümunə bilib üzmək. Dildə yamsılanması çətin olan yeganə şey tələffüzdür.

“Hərdən qəsdən səhv edə bilərəm?”

Bəli. Bəzən sən səhv olduğunu bildiyin şeyi yaza və ya deyə bilərsən. Sən bunu ingiliscə nəyinsə necə deyildiyini öyrənmək istədiyin zaman edə bilərsən. Məsələn, əgər doğmadilli istifadəçi ilə danışırsansa, bu cür edə bilərsən: 1. De: “Mən bunun ingiliscə necə deyildiyindən əmin deyiləm, lakin…” və daha sonra öz cümlənizi deyin (hansı ki, bəlkə də səhvdir.)

2. Digər insan sizə bunun ingiliscə necə düzgün deyilməsini başa salacaqsa

3. Siz düzgün variant öyrənəcəksinizsə

Yadda saxlayın ki, bu metod ancaq bu hallarda təhlükəsizdir:

• Siz əminsiniz ki, qarşınızdakı insan səhvinizi düzəldəcək

• nadir hallarda istifadə edirsinizsə

Səhv və tələffüz

Biz artıq başa salmışıq ki, yazı və danışıq zamanı edilən səhvlər sizin qrammatik və lüğət bilgilərinizə zərər yetirə bilər. Lakin eyni hal tələffüzünüzlə də ola bilər. Təsəvvür edin ki, siz kimləsə ingiliscə danışırsınız.Siz sözün necə tələffüz ediləcəyini bilmirsiniz və onu öz yolunuzla tələffüz edirsiniz.Daha sonra siz bu səhv tələffüzdən istifadə etməyə başlayırsınız. Siz sözü səhv olaraq dəfələrlə təkrarlayırsınız. Və beləliklə özünüzə səhv tələffüz vərdişi qazanırsınız.

Bizim fikrimizcə, tələffüz İngilis dilində öyrəndiyiniz ilk şey olmalıdır. Əgər başqa şey eləsəniz, bu danışıq tələb edəcək. (Unutmayın ki, hətta kitab oxuyanda da, biz sözləri ucadan və ya beynimizdə tələffüz edirik.) Belə çıxır ki, siz pis tələffüzlə danışacaqsınız və özünüzə pis vərdişlər bəxş edəcəksiniz. Qrammatika və ya lüğət öyrənməkdən fərqli olaraq, tələffüz öyrənmə prosesi çoxlu səhvlər cəlb edir. Sizin beyniniz və əzələləriniz yeni səslərin qəbuluna hazır olmalıdır. Bu təcrübə tələb edir və bir çox səhvlərlə müşahidə olunur. Lakin ən yaxşısı ciddi pis vərdişlər qazanmamışdan öncə, tələffüzüzü yaxşılaşdırmaqdır.