İngilis dilini öyrənənlərin üzləşdiyi 3 əsas çətinlik(Three biggest challenges facing an English learner)

From Antimoon Translation Project

İngilis dilini öyrənənlərin üzləşdiyi 3 əsas çətinlik

(Tomasz P.Szynalski tərəfindən)


1. İngilis dilini öyrənmə istəklərinin artırılması Bütün ingilis dilini öyrənənlər bu dildə yaxşı danışmaq istəyirlər. Onları ingiliscə sərbəst danışmaq fikri həyəcanlandırır. Halbuki, onların öyrənmə prosesinin özünə kifayət qədər fikir vermirlər. Bir çox İngilis dili öyrənciləri üçün dili öyrənmək borc kimidir: onlar bunu məcbur olduqları üçün öyrənirlər, istədikləri üçün deyil. Qısası, bir çox öyrəncilər İngilis dilində yaxşı danışmaq istəyirlər, amma ingiliscə öyrənmək istəmirlər. Bu ingilis dili öyrəncisinin qarşılaşdığı ən ilk və ən böyük problemdir, çünki dili öyrənmək istəməyən insan bunu yaxşı öyrənə bilməz. Əgər sən uğur qazanmış öyrənci olmaq istəyirsənsə, sən öyrənmə prosesinin özünü öyrənməlisən. Sən dil öyrənməyə sərf etdiyin vaxta əyləncəyə və rahatlanmağa sərf etdiyin vaxt kimi yanaşmalısan. Məsələn, sən həzz almalısan:

• Ingiliscə cümlələr oxumaq və onların strukturu haqqında düşünmək

• Lüğətdən yeni sözlər öyrənmək

• İnternet, məsləhətli lüğətlər və qrammatika bələdçilərini oxumaqla düzgün cümlələr yazmaq

• Söz və cümlələrin düzgün tələffüzü üzərində işləmək

İdeal olar ki, İngilis dilini öyrənmək sizin xobbinizə, vərdişinizə çevrilsin. Siz özünwz haqqında İngilis dili örənən kimi düşünəndə, bunu öz sevimli məşquliyyətlərinizdən biri kimi seçdiyinizi təsəvvür edin.

2. Kiminsə həyatında ilk dəyişikliyi etmək

İngilis dilini öyrənmək qərarı sənin həyatında dəyişikliklər tələb edir.Məsələn, hər gün 30 dəqiqə xarici dildə kitab oxumaq qərarı və bu qərarın daimiliyi.həyatımızda kiçik, lakin daimi qərarları həyatımıza tətbiq etmək çox çətindir, xüsusilə də əgər dil öyrənmək bizə “əyləncə” kimi görünmürsə. Yenə də, hər bir öyrənci yadda saxlamalıdır ki, gündəlik 15 dəqiqə oxumaq sizə daha çox şey verir, nəinki ayda bir gün bütöv oxumaq.

3. Həyatında növbəti dəyişikliklər etmək

Birinci dəyişiklik çətin olduğu kimi, hər növbəti dəyişiklik daha da çətinləşir. Bir çox öyrəncilər birinci addımı atır (hər gün İngiliscə kitablar oxuyur) və bununla da kifayətlənirlər. Onlar digər ingilis dilini təkmilləşdirən vasitələrdən istifadə etmirlər. Yaxşı öyrəncinin müxtəlif fəaliyyətlər toplusu olmalıdır (mütaliə, TV-yə baxmaq, tələffüzün təkmilləşdirilməsi, səs yazılarına qulaq asma və s.) və bunlardan birini öz əhval-ruhiyyəsinə uyğun seçməlidir. Bir üsul yaxşı deyil, çünki size daha tez yorar və dar çərçivədə dil qabiliyyətləri sərgiləyər. Məsələn, ingiliscə oxumaq sizin tələffüzünüzü yaxşılaşdıra bilməz, baxmayaraq ki, bu sizin qrammatik, lüğət və oxuma-yazma bacarıqlarınıza kömək edəcək.

--Ul-via Zadeh 06:21, 23 December 2010 (UTC)