İngilis dilini yaxşı öyrənmək üçün nə lazımdır?(What is necessary to learn English well?)

From Antimoon Translation Project

İngilis dilini yaxşı öyrənmək üçün nə lazımdır?edit

Həyatını dəyişdir

İngilis dilini öyrənmək hərəkət tələb edir. Əgər sən bütün öyrənmək üsullarını bilirsən, amma heç nə etməyə başlamırsansa, əldə edəcəyin heç bir şey olmayacaq. Faktiki olaraq, əgər İngilis dilini öyrənmək istəyirsənsə, həyatını dəyişdirməlisən. Burada bəzi etməli olduqların qeyd olunur:

• Hər gün bir saat ərzində ingilisdilli kitabları cümlələrin qrammatik strukturunu analiz etmək və yeni sözlərə lüğətə baxmaqla oxumaq.

• İngilisdilli audiokitab və digər səs yazılarına qulaq asmaq: tez-tez dayandırmaqla nə deyildiyini anlamağa və danışan şəxsin tələffüzünü təkrarlamağa çalışmalı

• Günortalar 30 dəqidə ingilis “r” samitinin tələffüzünü təkrarlamaq

• Diqqətlə ingiliscə elektron məktub yazmaq, hər 20 dəqiqədən bir lüğət və ya axtarış sistemlərindən istifadə etməklə səhv etmədiyinə əmin olmaq, bir cümlə yazmaq üçün 5 dəqiqə vaxt sərf etmək.

• İngiliscə yazdığın cümlə haqqında düşün, fikirləşmək, “a” artikli əvəzinə cümlədə “the” işlətmək olarmı və axtarış sistemlərində eyni/oxşar cümlələr axtarmaqla cavabı aydınlaşdırmaq.

• Küçəboyu gedərkən başında sadə ingilis cümlələri qurmaq.(Özünə ətrafında gördüklərin haqqında ingiliscə danış)

Problem

İngilis dilinin xarici dil kimi öyrənilməsi və öyrədilməsi ilə bağlı ən əsas problem odur ki, hamı bu dili yaxşı öyrənmək istəyir, halbuki, bir çox öyrəncilər İngilis dilini öyrənmək üçün vaxt ayırmaq istəmirlər. Bu motivasiya(arzu) çatışmamazlığı onu göstərir ki, şagirdlər dil öyrənmək üçün vaxt sərf etmirlər və əgər edirlərsə də, bunu müntəzəm olaraq etmirlər. Məsələn, tipik şagird imtahana 12 saat qalmış ingilis fraza fellərini öyrənə bilər. Halbuki, hər gününün 30 dəqiqəsini ingiliscə kitab oxumağa sərf etməz. O sadəcə hiss etmir ki, İngilis dilini öyrənmək kifayət qədər xoşdur, əgər hiss etsə, o bunu edəcək. Problem ondadır ki, nəhəng birdəfəlik işlər sizə heç nə vermir, amma gündəlik kiçik fəaliyyətlər sizə çox şey verə bilər.

Neqativ münasibət

İnsanların İngilis dili öyrənmək üçün vaxt sərf etmək istəməmələrinin səbəblərindən biri də, onların dil öyrənməyi xoşagəlməz şeylərə əlaqələndirməsindədir. Onlar “İngilis dilini öyrənmək” haqqında düşünəndə, darıxdırcı dərslər, çalışmalar və ev tapşırıqları haqqında düşünürlər. Baxmayaraq ki, onlar öz iş həyatları üçün dili bilməlidirlər, hansı ki, əgər işləri maraqsızdırsa, bu onlara motivasiya da ola bilər! Onların düşüncələrində İngilis dilini öyrənmək məcbur olduqları bir şeydir, istədikləri şey yox.

Tipik öyrənci və İstəkli öyrənci

Paula aşağı səviyyəli istəyi olan İngilis dilini öyrənən tipik şagirddir. Onu yüksək istəyi yalnız təsadüfi hallarda yaranır: - İngilis dili imtahanına bir gün qalmış və ya işinə görə hər hansı bir xarici vətəndaşla ünsiyyət qura bilməyəndə. Bunlar onu fikirləşməyə məcbur edir : ”Mən öz İngilis dilimlə nəsə eləməliyəm” Həm də, bu cür hallar az-az baş verir, ayda bir dəfə və ya daha az. Beləliklə hətta o intensiv çalışsa da (imtahandan qabaq bütöv 2 gün) nəticələr yaxşı olmur, çünki ay ərzində o öyrəndiklərinin 90%ini unudur. Bu təəccüblü deyil: İnsan yaddaşı hər şeyin təkrarı üzərində qurulub; digər halda siz unudacaqsınız. İndisə gəlin fərqli tipli şagirdə baxaq: Cudi. Cudi hər gün təqribən 30 dəqiqə İngilis dili öyrənciləri üçün hazırlanmış xüsusi roman(sadələşdirilmiş İngilis dilində) oxuyur. O İngilis dilinin izahlı tərcümə kitabında bilmədiyi sözlərə baxır, hətta cümlələrin mənasını başa düşməsə də. Başlanğıcda mütəmadi olaraq öyrənmək çox çətin idi: Kitab oxumaq və lüğətdən istifadə etmək onun üçün “normal fəaliyyətlər” deyildi. Və hər ingiliscə cümlə onun üçün çətin tapşırıq idi. Amma indi, cəmi 2 həftədən sonra, o daha sürətli oxumağı bacarır. Oxuyan zaman o tez-tez keçən 2 həftədə öyrəndiyi yeni sözləri görür. Bu cür sözləri tanıyanda, o daha lüğətə baxmaq ehtiyacı duymur və özündəki inkişafı dərk edir. Cudi başa düşür ki, təzəlikcə o çoxlu ingiliscə öyrənib və daha çoxunu da öyrənməyə can atır. Hər gün kitabını oxumaq üçün can atır. Kitab ona öyrəndiklərindən istifadə etmək (inkişafdan həzz almaq) və daha çox öyrənmək imkanı verir. Mütəmadi oxuduğuna görə o çox az unudur və lüğətini də genişləndirir. Cudi doğru yoldadır. O tezliklə doğmadilli insanlar üçün olan İngilis dilində qəzetlər və digər mənbələri oxumağa qadir olacaq.

Nə etməli?

Əgər sən də Paula kimisənsə və öz boş vaxtlarında İngilis dilində oxumaq istəmirsənsə, diqqətini ingilicə cümlələrdə və ya “r” hərfinin tələffüzü üzərində cəmləməklə bunun üçün nə isə edə bilərsən. İstəyi artırmaq üçün bir çox üsullar var, amma ən yaxşısı nə isə əyləncəli bir şey etməkdir. Əgər sən internetdə gülməli videoya baxmaqla, sevimli musiqi qrupun haqqında məqalə oxumaqla, forumlarda ağıllı insanlarla müzakirə aparmaqla öz ingilis dilini istifadə edə bilərsənsə, sən İngilis dilinə əyləncənin mənbəyi kimi baxacaqsan. İngilis dili haqqında düşündükdə, daha darıxdırıcı dərslər, çətin qrammatik qaydalar və söz siyahaıları haqqında deyil, gülməli TV şoular, sevimli musiqi qrupun və xoşladığın insanlar haqqında düşünəcəksən. İngilis dili məktəbdəki növbəti darıxdırıcı dərs deyil – hər gün əylənmək üçün bir üsul olacaq.

--Ul-via Zadeh 06:20, 23 December 2010 (UTC)